Prezidentlə görüş zamanı çıxışı ilə yadda qalan qaziyə vəzifə verildi

Prezidentlə görüş zamanı çıxışı ilə yadda qalan qaziyə vəzifə verildi

Hazırda oxunan: Prezidentlə görüş zamanı çıxışı ilə yadda qalan qaziyə vəzifə verildi

28935

İyulun 14-də Prezident İlham Əliyevin iştirak etdiyi tədbirdə təsirli çıxışı ilə yadda qalan müharibə əlili Ruslan Şıxıyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işlə təmin edilib.

Bizim.Media xəbər verir ki,  o, Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyində nəzarətçi vəzifəsinə işə qəbul edilib. Ruslan növbəti iş həftəsindən yeni kollektivdə fəaliyyətə başlayacaq.

Qeyd edək ki, Ruslan Vaqif oğlu Şıxıyev Suqovuşan istiqamətində gedən döyüşlərdə yaralanıb. 

Prezident İlham Əliyevin Sərəncamları ilə “Suqovuşanın azadlığı uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib. İyunun 14-də isə dövlət başçısı tərəfindən ona Xocasən yaşayış kompleksindən 3 otaqlı mənzilin sənədləri təqdim edilib.(oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO