Meyvə-tərəvəz bazarında növbəti bahalaşma dalğası başlanıb. Əgər yay fəslinin əvvəllərində kənd təssərrüfatı məhsullarında qiymətlərin enməsi müşahidə olunurdusa, indi bəzi meyvə və tərvəzlərin qiyməti təəccüb doğurmaya bilmir.
Məsələn, bir qədər əvvəl 3 kq-ı 1 manata satılan xiyarın kiloqramı 1 manata yüksəlib. Pomidor 70 q -1 manatdan təklif olunur.
Meyvələrə qoyulan qiymətlər də aztəminatlı ailərin öz övladlarını doyunca vitaminlə təmin etməsinə imkan vermir.
Belə ki, bazarda mövsümü meyvələrdən ərik 3.70 – 4 manatdan, gilas 2.50 - 3 manatdan, şaftalı 1.70-2 manatdan, qarpız 40-50 qəpikdən, yemiş 1 manatdan təklif olunur.
MÖVZU İLƏ BAĞLI:
Bazarda ən çox bahalaşan məhsullar – HANSILARDIR?
Yayın tən ortasında bu “dalğanın” başlanması nə ilə bağlıdır?
İqtisadçı Akif Nəsirli Bizim.Media-ya açıqlamasında bildirib ki, Azərbaycanda kənd təssərrüfatı məhsullarına olan təlabatın yalnız 40-50 faizi daxili istehsal vasitəsilə ödənilir:
“Burada yalnız soğan və kartof istisnadır. Bu məhsulların ölkədaxili istehsalı təxminən 70-90 faiz olur. Ərzaq məhsullarına olan təlabatın yarıdan çoxu idxal hesabına ödənildiyindən dünya bazarında məhsul bahalaşan zaman Azərbaycanda daha çox bahalaşma baş verir. Çünki idxal monopoliyadadır, monopolistlər isə qiymətləri artırmaq üçün bəhanə axtarır”.
Əsasən ölkədə istehsal olunan məhsulların qiymət artımına gəlincə, iqtisadçı deyir ki, idxal məhsulları bahalaşan zaman yerli məhsulların qiyməti də odekvat olaraq artırılır:
“Azərbaycanda meyvə-tərəvəz qiymətlərinin artımının ilk səbəbi idxaldan aslılılıq, ikinci səbəb isə həmin idxalın daxildə yaratdığı inflyasiyadır”.
Akif Nəsirli fermerlərin bazarlara birbaşa çıxışının olmamasının da bahalıq yaradan amil olduğunu deyir:
“Bu gün Sabirabaddan Bakıya gətirilən bir maşın qarpızı bazarda satmaq problemdir. Bakı kimi digər şəhərlərin də bazarları monopoliyadadır”.
Bahalaşmaya yol açan faktorlar arasında yerli istehsalın səviyyəsinin aşağı düşməsi amili varmı?
İqtisadçının sözlərinə görə, bu il ölkədə meyvə-tərəvəz istehsalı azalmayıb:
“Kənd təssərrüfatı sahəsi pandemiyanın ən az ziyan vurduğu sahə olub. Ümumi bazar müşahidəsindən də görünür ki, bu il ötən illə müqayisədə məhsul boldur”.
Xatirə Nəsirli, Bizim.Media