Bakı məktəblərinin 21 məzunu qızıl medal aldı - SİYAHI

Bakı məktəblərinin 21 məzunu qızıl medal aldı - SİYAHI

Hazırda oxunan: Bakı məktəblərinin 21 məzunu qızıl medal aldı - SİYAHI

28769

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif məzunlarından 21-i qızıl, 8-i gümüş nişana layiq görülüb.

İdarədən Bizim.Media-ya verilən məlumata görə, təhsil nazirinin müvafiq əmrinə əsasən, Bakı şəhəri 60 (2 nəfər), 67, 86, 106, 111, 135, 149, 225, 244 (2 nəfər), 281 (2 nəfər), 287, 288, 314 nömrəli tam orta məktəblərin, 83, 220 nömrəli məktəb-liseylərin (4 nəfər) və Texniki Humanitar Liseyin şagirdləri qızıl, 60, 115, 215, 269, 326 nömrəli tam orta məktəblərin, 62 nömrəli məktəb-liseyin və 160 nömrəli Klassik Gimnaziyanın (2 nəfər) şagirdləri isə gümüş medalla təltif edilib.

Qeyd edək ki, namizədlər qızıl və gümüş nişana Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş nişanla təltif olunma Qaydası”na əsasən müəyyənləşdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO