Dananın yerinə at əti satmaq istədilər - Tovuzda camaatı aldadanlar kimdir?

Dananın yerinə at əti satmaq istədilər - Tovuzda camaatı aldadanlar kimdir?

Hazırda oxunan: Dananın yerinə at əti satmaq istədilər - Tovuzda camaatı aldadanlar kimdir?

28700

Azərbaycan Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.

AQTA-dan Bizim.Media-ya verilən məlumata görə, agentlik əməkdaşları tərəfindən Tovuz rayonu, Əyyublu kəndində fəaliyyət göstərən ət satışı məntəqəsində yoxlama keçirilib.

Yoxlama zamanı məntəqədə ət satışının baytarlıq baxışı və baytarlıq (baytarlıq-sanitariya) ekspertizası aparılmadan həyata keçirildiyi müəyyən olunub.

Belə ki, orqanoleptik baxış zamanı mənşəyi və keyfiyyətinə ciddi şübhələr yaranan ümumi çəkisi 34 kq olan ətdən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda müayinələrə cəlb olunub. Aparılan müayinələr nəticəsində qeyd olunan ətin “E-coli”, “BÇQB” və “Streptococcus spp” bakteriyaları ilə çirkləndiyi və at əti olduğu aşkar olunub. Aşkar olunmuş faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, istehlaka yararsız 34 kq at ətinin satışının qarşısı alınıb. Araşdırmalar davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO