Xəbər verildiyi kimi Qəbələdə 77 yaşlı qadın özünü asıb. İntihar olayı rayonun Yenikənd kəndində baş verib. Kənd sakini, 1944-cü il təvəllüdlü Ülkər Lətif qızı Məmmədova yaşadığı evdə özünəqəsd edib.
MÖVZU İLƏ BAĞLI:
Qəbələdə 77 yaşlı qadın özünü asdı
Olayın təfərrüatları barədə Bizim.Media-ya danışan Yenikən Ərazi nümayəndə rəhbəri Nazim Məmmədov intiharın hansı səbəbdən baş verdiyinin məlum olmadığını deyib:
“Biz də bilmirik özünə niyə qəsd edib. Qadın həmkəndlimizdir, normal və münaqişəsiz ailədirlər. Oğlu və gəlini ilə birgə yaşayırdı. Sadəcə qadın bir dəfə infartk keçirmişdi. Sağlamlığında bununla bağlı narahatlığı var idi. Amma intihar olayının səbəbini bilmirik. Hər halda istintaq gedişində aydınlaşacaq”, deyə qurum rəsmisi əlavə edib.
Faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, Qəbələdəki son olay bu ilin əvvəlindən indiyədək sayca 5-ci intihar hadisəsidir. Fevral ayında rayonun Zərgərli kəndində 2003-cü il təvəllüdlü Seymur İlqar oğlu Əsgərov özünü yaşadığı evin həyətindəki tövlədə asıb. Onun meyitini səhər saatlarında ailə üzvləri aşkarlayıb.baş verib.
18 yaşlı Seymur Əsgərov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının birinci kurs tələbəsi olub.
Digər intihar olayı mart ayında yaşanıb. Bayramkoğa kənd sakini, 16 yaşlı Aqşin Calal oğlu İbişov yaşadığı evin tövləsində özünü asıb. Yaxınları yeniyetməni xəstəxanaya çatdırsalar da, müayinə zamanı artıq onun öldüyü məlum olub.
Ötən ayda iki intihar hadisəsi baş verib. İyunun 6-da Qəbələnin Nohurqışlaq kənd sakini, kimya müəllimi 1958-ci il təvəllüdlü Mirzəliyeva Ədalət Səmit qızı yaşadığı evin həyətində özünü kəndirlə asaraq intihar edib.
Digər intihar faktı isə iyunun 20-də rayonun Soltannuxa kəndində qeydə alınıb. Kənd sakini, 2006-cı il təvəllüdlü Nihat Anar oğlu Seyidov yaşadığı evin həyətində özünü asıb.
O, yaxınları tərəfindən ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, 15 yaşlı yeniyetmınin həyatını xilas etmək mümkün olmayıb.
Alçina Amilqızı, Bizim.Media