Vətən müharibəsi qazisini “KamAZ”la vuran şəxs saxlanıldı

Vətən müharibəsi qazisini “KamAZ”la vuran şəxs saxlanıldı

Hazırda oxunan: Vətən müharibəsi qazisini “KamAZ”la vuran şəxs saxlanıldı

28686

Bakıda Vətən müharibəsi qazisini avtomobillə vuran şəxs artıq saxlanılıb.

Bizim.Media-ya Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə,  hadisə iyulun 11-də Suraxanı rayonunun Bülbülə qəsəbəsində baş verib:

Məlumata görə, Elvin Tağıyev idarə etdiyi avtomobildən düşərkən naməlum maşın onu vurub. 

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxs saxlanılıb. Hadisəni Şabran rayon sakini Asəf Aslanovun idarə etdiyi “KamAZ” markalı avtomobillə törətdiyi məlum olub. Hazırda  hadisə ilə bağlı istintaq aparılır.

Qeyd edək ki,  Elvin Alik oğlu Tağızadə Vətən müharibəsi iştirakçısıdır və “Xocavəndin azad olunmasına görə", “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO