Rayon avtobuslarının gecə reysləri İKİ İSTİQAMƏTDƏ bərpa olundu – RƏSMİ

Rayon avtobuslarının gecə reysləri İKİ İSTİQAMƏTDƏ bərpa olundu – RƏSMİ

Hazırda oxunan: Rayon avtobuslarının gecə reysləri İKİ İSTİQAMƏTDƏ bərpa olundu – RƏSMİ

28642

Qurban bayramı ilə əlaqədar rayon və şəhərlərarası ictimai nəqliyyata tələbatın artımı gözlənilir.
Dünən xəbər verdiyimiz kimi, qeyri iş günləri elan olunan 18,19, 20 və 21 iyun tarixlərində həm Bakı Beynəlxalq Avtovağzalı, həm də respublikanın 56 avtovağzal kompleksi fəaliyyət göstərəcək.

Qeyd edək ki, bəzən rayonlara üz tutmaq istəyənlər bunun üçün iş gününün sonunu seçirlər.
 

MÖVZU İLƏ BAĞLI:

Naxçıvan-Bakı-Naxçıvan avtobusları fəaliyyətini bərpa edir 


Bəs, yaranmış sıxlığa görə rayon və şəhərlərarası ictimai nəqliyyatın fəaliyyətində gecə rejimi bərpa olunubmu? 

Nəqliyyat, Rabitə və Yüksək Texnalogiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidmətinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova Bizim.Media-ya açıqlamasında bildirib ki, 2020-ci ilin mart ayından gecə reysləri ləğv edilib: 

“Bu gündən etibarən iki istiqamət üzrə Bakıdan Qırmızı Körpü və əks istiqamətə və Bakıdan Şəkiyə və əks istiqamətə gecə reysləri bərpa olunur. Bakıdan Qırmızı Körpü istiqmətinə gecə ərzində 4 xətt mövcuddur. Şəki istiqmətinə isə iki xətt olacaq”.

Nuridə Allahyarova bildirib ki, əgər sentyabrda pandemiya qaydaları yumşaldılarsa, reyslərin sayı artırıla bilər: 

“Qiymətlər əvvəlki qaydadadır – Gediş haqları 2000-ci ilin martına qədər necə idisə, indi də elə olacaq”.

Qeyd edək ki, digər istiqamətlərdə rayon və şəhərlərarası avtobuslar axşam saat 19.00-a qədər fəaliyyət göstərir.

Xatirə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO