Quba və ətraf rayonlardakı evləri qarət edən şəxs tutuldu

Quba və ətraf rayonlardakı evləri qarət edən şəxs tutuldu

Hazırda oxunan: Quba və ətraf rayonlardakı evləri qarət edən şəxs tutuldu

28522

Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində və ətraf rayonlarda oğurluqlar etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bizim.Media-ya Daxili İşlər Nazirliyindən verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluq hadisələrini törətməkdə şübhəli bilinən Xaçmaz rayonunun Qaraqurtlu kənd sakini Namiq Əliyevin olduğuna əsaslı şübhələr yaranıb.

Aparılan araşdırmalarla onun Quba rayonuna gələrək bir sıra qəsəbə və kəndlərin ərazilərindəki yaşayış evlərindən qızıl-zinət əşyaları, telefonlar, televizor, su nasosu, elektrik sayğacı və s. oğurladığı müəyyən edilib.

Onun digər cinayətlərdə iştirakının müəyyən edilməsi ilə bağlı Quba Rayon Polis Şöbəsində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO