Bir jurnalistin 36 saatlıq turist məcarası - Qiymətlərdən ŞOKA düşüb - FOTO

Bir jurnalistin 36 saatlıq turist məcarası - Qiymətlərdən ŞOKA düşüb - FOTO

Hazırda oxunan: Bir jurnalistin 36 saatlıq turist məcarası - Qiymətlərdən ŞOKA düşüb - FOTO

28362

Yay fəsli gəldiyi zaman insanlara daha çox itirahət etmək üçün ən çox Azərbaycanın bölgələrinə üz tuturlar. Lakin şox vaxt bölgələrdəki “əl yandıran” qiymətlər istirahəti haram edir. 

Bizim.Media xəbər verir ki, bu dəfə bölgəlrədəki istirahəti haqqında tanınmış jurnalist İlkin Kərimov yazıb.

O, rayonda gün yarımlıq istirahət xərcini Facebook sosial şəbəkəsində izləyiciləri ilə bölüşüb. Jurnalistin qeyd etdiyi məbləğ isə doğurdan da “əl yandırır”.

“Şamaxıda 4 nəfərlik səhər yeməyi (yağ, qaymaq, şor, pendir, bal, sosis, şəkər tozu, limonlu çay, çörək) - 32 manat. Qəbələ Nohur göldə 4 nəfərlik nahar (səbət kabab, salat, acika, meyvə şirəsi, ayran) 90 manat.

Tufandağ kanat turu 4 nəfərə - 60 manat

Yaşıl parkda çay + 2 künəfə 20 manat

“Caspian balıq evində” şam (2 şiş toyuq kababı, 2 kartof fri, çörək, 2 limonad) 35 manat

İsmayıllının Topçu kəndində gecələmə 30 manat

Evdə əlavə xərc (sular, çay, şirniyyat, meyvə və s.) 56 manat

Növbəti gün İsmayıllıda Şöhlətoğlu i/m-də səhər yeməyi (əvvəlki menyu, sosis əvəzi pomidor-yumurta) - 35 manat

Ağsu aşırımında nahar (tikə, basdırma, döymə kabab, ümumi 7 şiş, salat, limonad, su) 45 manat, Gülüstanda çay mürəbbə ilə 6 manat.

Benzin xərci 40 manat. (Bu pula gəzdiyimiz tarixi yerlər də daxildir)

Bütün xərclər ümumilikdə 500 manat”.

Göründüyü kimi, bir ailənin 36 saat gəzməyi onun büdcəsinə düz 500 manata başa gəlir. 

“Əgər bu xərci ortalama 7 günlük istirahətə, vurub, çıxsaq, yəqin ki, o qiymətə xaricdə 5 ulduzlu oteldə bir ailə rahatlıqla 7 gün dincələ bilər”, - deyə jurnalist etirazını bildirib.

Vüsalə Balayeva, Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO