Azərbaycanda qız qızıla dönəcək – QORXUNC STATİSTİKA

Azərbaycanda qız qızıla dönəcək – QORXUNC STATİSTİKA

Hazırda oxunan: Azərbaycanda qız qızıla dönəcək – QORXUNC STATİSTİKA

28323

Azərbaycanda qız uşaqlarının sayının oğlan uşaqlarına nisbətən azalması narahatlıq doğumaqdadır. Hər il doğulan uşaqların sayında qızların nisbəti azalmağa başlayır. Bu da gələcək üçün ciddi fəlakətlərin olacağından xəbər verir. 

Baxaq görək, statistik göstəricilər nə deyir?

Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2020-ci ildə Azərbaycanda 0-17 yaş arasında olan uşaqların sayı 2 milyon 636,7 min nəfər olub.
 

MÖVZU İLƏ BAĞLI:

ABORT CİNAYƏTİ – Günahkar kimdir, EDƏN, ETDİRƏN?


Onlardan 1 milyon 409,3 min oğlanlardan, 1 milyon 227,4 min nəfəri isə qızlardan ibarət olub. 

Bir il əvvəllə müqayisədə ötən il 0-17 yaşlı uşaqların ümumi sayında 47,7 min nəfər artım olub.

Belə ki, 2019-cu ildə bu yaş qrupunda olan əhali sayı 2 milyon 589,0 min nəfər olub. Uşaq sayındakı ümumi artımın nisbətən böyük hissəsi oğlan uşaqlarının payına düşüb. 

2019-cu ildə 0 -17 yaş arası oğlanların sayı 1 milyon 383,1 min, qızların sayı isə 1 milyon 205,9 min nəfər olub.

Qız uşaqlarının sayının azalmasında əsas səbəb abortlar götürülür. Hazırda abortlar qanunla qadağa olunsa da statistika bunun əksini göstərir. Belə getsə, Azərbaycan demoqrafik fəlakətlə üz-üzə qalacaq.

Xatirə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO