Quba şəhidini BELƏ YAD ETDİ - FOTO

Quba şəhidini BELƏ YAD ETDİ - FOTO

Hazırda oxunan: Quba şəhidini BELƏ YAD ETDİ - FOTO

28179

Qubanın Alpan kəndində Vətən müharibəsi şəhidi Mehdi Muxtar oğlu Murtuzovun xatirə bulağının açılışı olub.

Bizim.Media xəbər verir ki, xatirə bulağı Mehdinin  şəhid Elşad Bayramov adına Alpan kənd tam orta məktəbində təsərrüfat müdiri işləyən atası Muxtar Murtuzovun maliyyə vəsaiti ilə evlərinin yanında inşa edilib. 

Açılış mərasimində kənd sakinləri, şəhid ailələrinin nümayəndələri, hərbçi yoldaşları, Quba İH-nin əməkdaşları və ictimai fəallar iştirak edib. Əvvəlcə şəhid Mehdi Murtuzovun kənddəki Subaba qəbristanlığındakı məzarı ziyarət edilib, önünə gül-çiçək düzülüb, ruhuna dualar oxunub.

Xatirə bulağının açılışında çıxış edənlər iyulun 10-da şəhid Mehdi Murtuzovun 24 yaşının tamam olduğunu deyiblər.

Quba İH-nin Vətən müharibəsi iştirakçıları və şəhid ailələrii ilə işin təşkili şöbəsinin müdiri Asəf Şirinov,  "İctimai Nəzarət Koaliyası” İB-nin sədri Rasim Məmmıdov,  kənd məktəbinin direktoru Mehparə Rüstəmova, müəllim Seymur Xəlilov və digərləri 24 yaşlı şəhid Mehdi Murtuzovun Vətın müharibəsində göstərdiyi igidlikdən danışıb, onun xatirəsinin dövlət səviyyəsində həmişə uca tutulacağını qeyd ediblər.

Bildirilib ki, Mehdi Murtuzov hərbi xidmətdən sonra Azərbaycan Milli Ordusunda 2020-ci ilin yanvar ayından  könüllü olaraq xidmət etməyə başlayıb.Vətən müharibəsi başlayanda böyük həvəslə döyüşlərə qatılıb.

2020-ci il oktyabr ayının 2-də Murovdağda şəhid olan Mehdinin nəşi 53 gün sonra tapılaraq noyabr ayının 24-də doğma kəndində torpağa tapşırılıb.

3800-ə yaxın əhalisi olan Qubanın Alpan kəndi Qarabağ döyüşlərində 16 şəhid verib. Həmin igidlərdən 13-ü Birinci Qarabağ müharibəsində, 3-ü isə bizə zəfər gətirən Vətən müharibəsində həyatlarından keçib. Neçə-neçə alpanlı hərbçi indi Azərbaycan Silahlı Qüvvələrində xidmət edir.

Alpan kəndi bütün şəhidləri ilə fəxr edir. Torpaq uğrunda həyatdan gedən bu igidlərin  hər biri döyüşlərdə tarix yazıblar. Ruhları şad olsun! 

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO