Qazaxda Kürdə batan yeniyetmənin meyiti tapıldı - YENİLƏNİB

Qazaxda Kürdə batan yeniyetmənin meyiti tapıldı - YENİLƏNİB

Hazırda oxunan: Qazaxda Kürdə batan yeniyetmənin meyiti tapıldı - YENİLƏNİB

28173

İyulun  9-da Qazax rayonunda Kürdə batan yeniyetmənin meyiti tapılıb.

Bizim.Media xəbər verir ki, meyiti tapılan 2006-cı il təvəllüdlü Fəttahov Həmzə Arif oğludur.
Onun cəsədi FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən Kürün rayonun ərazisindən tapılıb. Meyit ailəsinə təhvil verilib.

Qeyd edək ki hadisə iyulun 9 Kürün Qazax rayonun Birinci Şıxlı kəndindən keçən hissəsində qeydə alınıb. Qazaxın Aslanbəyli kənd sakinləri 23 yaşlı Şirməmmədov Məhəd Elxan oğlu və 15 yaşlı Fəttahov Həmzə Arif oğlu Kür çayında batıblar.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və FHN-in xilasediciləri cəlb olunmuşdu.

Bundan əvvəl 1998-ci il təvəllüdlü Şirməmmədov Məhəd Elxan oğlunun meyiti tapılmışdı

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO