Azərbaycandakı dini konfessiya rəhbərləri Cıdır düzündə - FOTO

Azərbaycandakı dini konfessiya rəhbərləri Cıdır düzündə - FOTO

Hazırda oxunan: Azərbaycandakı dini konfessiya rəhbərləri Cıdır düzündə - FOTO

28137

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə və ölkədəki dini konfessiya rəhbərlərinin Şuşa şəhərinə səfəri davam edir.

Bizim.Media apa-ya istinadla bildirir ki, səfər iştirakçıları Cıdır düzündə olublar.

Onlar Cıdır düzün gəzib, ətrafı seyr ediblər.

Qeyd edək ki, səfərdə QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadə, idarənin Qazılar Şurasının üzvləri, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Milix Yevdayev, Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski, Roma-Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi Vladimir Fekete, Alban udi dini icmasının rəhbəri Robert Mobili, Pravoslav kilsəsinin nümayəndələri və Milli Məclisin deputatları iştirak edirlər.

Səfər iki gün davam edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO