Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
Bizim.Media-ya FHN-dən verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 43 yanğına çıxış, 2 nəqliyyat qəzası və 4 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, ötən sutka ərzində 1-i azyaşlı olmaqla 6 nəfər xilas edilib, yanğınlar zamanı 1 nəfər xəsarət alıb, 3 nəfərin meyiti isə avtoqəzalar nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitələrindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Həmçinin, Qazax rayonunun Birinci Şıxlı kəndi ərazisində Kür çayında batan 1998-ci il təvəllüdlü Şirməmmədov Məhəd Elxan oğlunun meyiti dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Eyni vaxtda həmin ərazidə batan 2006-cı il təvəllüdlü Fəttahov Həmzə Arif oğlunun axtarışları isə davam etdirilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:42 / 09.07.2021
Azərbaycanda yol qəzasından dəhşətli GÖRÜNTÜLƏR - ANBAAN VİDEO
Hazırda oxunan: Azərbaycanda yol qəzasından dəhşətli GÖRÜNTÜLƏR - ANBAAN VİDEO
Hazırda oxunan: Azərbaycanda yol qəzasından dəhşətli GÖRÜNTÜLƏR - ANBAAN VİDEO
27990
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.