Parlamentdə “patı” söhbəti

Parlamentdə “patı” söhbəti

Hazırda oxunan: Parlamentdə “patı” söhbəti

27980

“Bu gün gənclər arasında şüşə, yaxud "patı" deyilən maddənin istifadəsi adiləşib”.

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin deputatı Bəhruz Məhərrəmov parlamentin bu gün keçirilən iclasında deyib.

O bildirib ki, məslə köklü şəkildə həll edilməlidir:

"Sirr deyil, bu zəhər Azərbaycana ən çox hardan gəlir, biz hər dəfə cinayətkarları tuturuq, məsuliyyətə cəlb edirik, sonra ekstradisiya olunur, ordan da açıb buraxırlar azadlığa. Bax bu qədər cinayətkar necə olur öz sərhədini rahat keçə bilir? Niyə bir dəfə biri öz ölkəsinin sərhədini keçərkən, Azərbaycana narkotik maddə gətirməyə cəhd etdiyinə görə saxlamır?”

Deputatın sözlərinə görə cəza sərtləşdirilməlidir ki, Azərbaycan narkotik alverçisi, narkotik təminatçısı olan istənilən əcnəbi, yaxud vətəndaş üçün qorxulu hüquqi zonaya çevrilsin.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO