Elektron arayışlar xidməti istifadəyə verildi

Elektron arayışlar xidməti istifadəyə verildi

Hazırda oxunan: Elektron arayışlar xidməti istifadəyə verildi

27769

İyulun 7-də //portal.edu.az/ platformasında elektron arayışlar xidməti istifadəyə verilib.

Bizim.Media bildirir ki, bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu xidmət vasitəsi ilə arayışları almaq artıq daha asan, sürətli və rahat olacaq. İstifadəçilər aşağıdakı arayış növlərini elektron formada əldə edə biləcəklər:

Ali təhsil pilləsində təhsil almaq barədə arayış;

Orta ixtisas təhsili pilləsində təhsil almaq barədə arayış;

Peşə təhsili pilləsində təhsil almaq barədə arayış;

Dövlət proqramı əsasında xaricdə təhsil almaq barədə arayış;

Dövlət proqramı əsasında xaricdə təhsil müəssisəsindən məzun olmaq barədə arayış;

Müəllimlərin işə qəbulu və diaqnostik qiymətləndirilməsi üzrə imtahan nəticələrinə dair arayış.

Sözügedən elektron arayışların alınması proseduru çox sadədir. İlk növbədə //portal.edu.az/ platformasına daxil olub qeydiyyatdan keçmək lazımdır.

Daha sonra “Şəxsi kabinet”də elektron xidmətlər pəncərəsindən “Arayış əldə etmək üçün müraciət” bölməsi seçilir və müvafiq arayış növü üzrə müraciət göndərilir. Elektron arayışlar portalda avtomatik formalaşdırılır. Vətəndaşlar əldə edilən arayışı elektron formada və ya çap edərək aidiyyəti qurumlara təqdim edə bilirlər.

Qeyd edək ki, elektron arayışların həqiqiliyi QR-kod ilə təsdiq edilir, eyni zamanda, Təhsil Nazirliyinin saytında (//edu.gov.az/az/yoxla) İD nömrə və müraciətçinin doğum tarixini daxil etməklə sənədin həqiqiliyini yoxlamaq, yükləmək və çap etmək mümkündür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO