Masallıda keçmiş məhkum bu dəfə maşın qaçırtdı

Masallıda keçmiş məhkum bu dəfə maşın qaçırtdı

Hazırda oxunan: Masallıda keçmiş məhkum bu dəfə maşın qaçırtdı

27755

Masallıda narkotik vasitə ilə saxlanılan şəxsin avtomobil qaçırdığı da müəyyən edilib.

Bizim.Media-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunan Masallı rayonunun Mollahəsənli kənd sakini E.Mehtiyev saxlanılıb.

Üzərinə keçirilən baxış zamanı ondan 158 qramdan artıq narkotik vasitə olan qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

E.Mehtiyevin ətrafında aparılan əlavə əməliyyat tədbirləri ilə onun Masallı rayon sakini Ə.Abbasovun VAZ-21011 markalı avtomobilini talama məqsədi olmadan qaçırdığı müəyyən edilib.

Polis əməkdaşları tərəfindən həmin avtomobil Mollahəsənli kəndi ərazisində aşkarlanaraq sahibinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO