Zəngilanda “ağıllı kənd”ə sakinlər nə vaxt yerləşdiriləcək? – TARİX AÇIQLANDI

Zəngilanda “ağıllı kənd”ə sakinlər nə vaxt yerləşdiriləcək? – TARİX AÇIQLANDI

Hazırda oxunan: Zəngilanda “ağıllı kənd”ə sakinlər nə vaxt yerləşdiriləcək? – TARİX AÇIQLANDI

27697

“44 günlük Vətən Müharibəsində Pakistan hökumətinin və xalqının dəstəyini gördük, biz bunu yüksək qiymətləndiririk”.

Bizim.Media xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatasının təqdimat mərasimi zamanı deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

“Ağıllı kənd” layihəsindən sonra Zəngilan belə görünəcək - VİDEO


Nazir müavini bildirib ki, 30 illik işğal ərzində Ermənistan bu torpaqlarda bütün infrastrukturu məhv edib, yüz minlərlə ev, yüzlərlə xəstəxana, məktəb və digər infrastruktur dağıdılıb:

“Azərbaycan hökuməti bu ərazilərin yenidən qurulması üçün təkcə bu il üçün 2.2 milyard manat vəsait ayırıb. Biz bu əraziləri yenidən canlandıracağıq, köçkünlərimiz öz evlərinə geri qayıdacaq”. 

E. Məmmədov Azərbaycan Prezidentinin dost ölkələrin şirkətlərini də yenidənqurma prosesində iştiraka dəvət etdiyini diqqətə çatdırıb: “Bu prosesdə Pakistan şirkətlərini də görməyə şad olarıq”. 

Nazir müavini işğaldan azad olunmuş ərazilərdə “ağıllı şəhər”lər və “ağıllı kənd”lər salınmasına start verildiyini bildirib:

“Zəngilanda yaradılan “ağıllı kənd”ə sakinlərin tez zamanda - növbəti ilin yanvar ayında yerləşdirilməsi gözlənilir. Həmçinin bu ərazilərdə beynəlxalq hava limanları tikirik. Bildiyiniz kimi, Füzulidə hava limanının tikintisi davam edir. Hava limanının bu il sentyabrın 5-də açılacağı gözlənilir”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO