“Ağıllı kənd” layihəsindən sonra Zəngilan belə görünəcək - VİDEO

“Ağıllı kənd” layihəsindən sonra Zəngilan belə görünəcək - VİDEO

Hazırda oxunan: “Ağıllı kənd” layihəsindən sonra Zəngilan belə görünəcək - VİDEO

19347

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Zəngilan səfərində “Ağıllı kənd” layihəsinin təməli qoyulub. 

Bizim.Media “Ağıllı kənd” (Smart village) layihəsinin görüntülərini təqdim edir:

Qeyd edək ki, i, birinci “Ağıllı kənd” pilot layihəsi Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edir. Layihənin icrası, əsasən, 5 komponent üzrə aparılacaq. Onlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji sahələridir.
 

MÖVZU İLƏ BAĞLI:

Prezident “Ağıllı kənd”in təməlini qoydu - VİDEO


Ərazidə ilk olaraq tam izolyasiya olunmuş və innovativ tikinti materiallarından istifadə olunmaqla 200 fərdi evin tikintisi nəzərdə tutulub. Evdaxili mühəndis kommunikasiya, isitmə sistemləri də ağıllı texnologiyalar əsasında qurulacaq.

Bu kəndlərdə müasir məktəb, bağça, poliklinika və elektron idarəetmə mərkəzləri inşa olunacaq, turizm infrastrukturu formalaşdırılacaq.

Bütün yaşayış evləri, sosial obyektlər, inzibati və ictimai iaşə binaları, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesi alternativ enerji mənbələri ilə təmin ediləcək. Layihənin icrasında Türkiyə, Çin, İtaliya və İsrail şirkətlərinin mütəxəssisləri də iştirak edəcəklər.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO