Bu prospektdə iyulun 12-dək hərəkət məhdudlaşdırılacaq

Bu prospektdə iyulun 12-dək hərəkət məhdudlaşdırılacaq

Hazırda oxunan: Bu prospektdə iyulun 12-dək hərəkət məhdudlaşdırılacaq

27683

Bu gündən Bakının Nərimanov rayonu ərazisində, Heydər Əliyev prospektinin Bağırov körpüsünün altından keçən əsas hissəsində əks istiqamətli nəqliyyat axınlarını ayıran bardürün inşa olunması ilə əlaqədar olaraq hər iki istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Məlumata görə, məhdudiyyət iyulun 12-nə qədər qüvvədə olacaq.

Sürücülərdən sözügedən hissədə təmir-tikinti işlərinin aparıldığı müddət ərzində hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarının və yol hərəkəti qaydalarının tələblərinə riayət etmələri xahiş olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO