Bu gün Ağdaş şəhərinin bir hissəsi və 12 kənddə qaz təchizatında fasilə yaranacaq.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Ağdaş Rayon İcra hakimiyyəti yayıb.
Belə ki, Ağdaş rayonu ərazisində Dəhnəxəlil Qaz Paylayıcı Stansiyadan qidalanan qaz xətlərinin üzərində qaz ölçü qovşaqlarının quraşdırılması ilə əlaqədar olaraq bu gün səhər saatlarından işlər yekunlaşanadək Dəhnəxəlil 1-ci xətt ölçü qovşağından qidalanan RDUK-200 tipli qaz tənzimləyici qurğudan (Ağdaş şəhərinin bir hissəsi və 12 kənddə 2616 abonent) qaz təchizatı dayandırılacaq.
Məlumata görə, işlər başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa olunacaq.
Bizim.Media