105 yaşlı kişi uzunömürlülüyünün sirrini açdı - Bu iki qidanı hər gün yeyirəm

105 yaşlı kişi uzunömürlülüyünün sirrini açdı - Bu iki qidanı hər gün yeyirəm

Hazırda oxunan: 105 yaşlı kişi uzunömürlülüyünün sirrini açdı - Bu iki qidanı hər gün yeyirəm

274468

105 yaşlı ABŞ sakini uzunömürlülüyünün sirrini açıqlayıb.

Bizim.Media xəbər verir ki, ABŞ-nin Ohayo ştatında yaşayan 105 yaşlı Cо Spurio növbəti doğum gününü qeyd edib və uzunömürlülüyünün sirrini açıqlayıb.

O, 1920-ci ildə doğulub, İkinci Dünya Müharibəsi zamanı iki il orduda xidmət edib və uzun illər orta məktəbdə müəllim işləyib.

Spurio bildirib ki, uzun ömrünün əsas səbəblərindən biri onun italyan əsilli olmasıdır. Bundan başqa, hər gün sarımsaq və zeytun yağı yemək onun sağlamlığını qorumağa kömək edib. Həyatında mühüm rol oynayan digər amillər isə valideynlərinin və həyat yoldaşının sevgisidir.

Hətta 105 yaşında olsa belə, Spurio özünü formda saxlamağa davam edir və hər səhər üzgüçülüklə məşğul olur. (milli.az)

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO