DİQQƏT: DYP sürücülərə və piyadalara müraciət etdi

DİQQƏT: DYP sürücülərə və piyadalara müraciət etdi

Hazırda oxunan: DİQQƏT: DYP sürücülərə və piyadalara müraciət etdi

274414

Oktyabrın 8-də ölkə ərazisində gözlənilən hava şəraiti ilə əlaqədar olaraq Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə və piyadalara müraciət ünvanlayıb.

Bu barədə Bizim.Media-ya BDYPİ-dən məlumat verilib.

Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçsə də, gündüz bəzi yerlərdə çiskinli yağış və duman müşahidə oluna bilər.

Azərbaycanın şərq rayonlarında da oxşar hava şəraiti proqnozlaşdırılır. Görünmənin məhdudlaşacağı ehtimalı var.
 

Diqqətə çatdırılıb ki, belə hava şəraitində yol hərəkətində diqqətin artırılması, sürət həddinin azaldılması, ara məsafəsinin gözlənilməsi və işıq cihazlarının işlək vəziyyətdə saxlanması xüsusi əhəmiyyət daşıyır. Duman və çiskin zamanı uzaq işıqlar əvəzinə yaxın işıqlardan istifadə olunması, həmçinin avtomobilin texniki göstəricilərinin (təkərlər, əyləc sistemi və s.) yoxlanılması tövsiyə edilib.


Həmçinin piyadalardan xahiş olunub ki, yolu yalnız müəyyən olunmuş yerlərdən keçsinlər, hava şəraiti ilə əlaqədar gecə vaxtı açıq və ya işıqqaytarıcı elementli geyimlərdən istifadə etsinlər. “Unutmayın ki, yolda hər bir hərəkət məsuliyyət tələb edir. Təhlükəsizliyiniz üçün qaydalara əməl edin”, - deyə müraciətdə vurğulanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO