Naxçıvan avtobuslarında da gedişhaqqı artırılıb? – RƏSMİ AÇIQLAMA

Naxçıvan avtobuslarında da gedişhaqqı artırılıb? – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Naxçıvan avtobuslarında da gedişhaqqı artırılıb? – RƏSMİ AÇIQLAMA

274385

Naxçıvanda ictimai nəqliyyatda gedişhaqlarının artırılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirilib.

Məsələ ilə bağlı Naxçıvan Avtomobil Agentliyinin mətbuat xidmətinin rəhbəri Rauf Kəngərli Bizim.Media-ya açıqlamasında bildirib ki, artım yalnız yeni avtobuslara şamil edilir:

“1 oktyabr 2025-ci il tarixindən qüvvəyə minən yeni tariflər yalnız nağdsız ödəniş alətləri vasitəsilə həyata keçirilən, eləcə də elektriklə və ya sıxılmış təbii qazla (CNG) işləyən, həmçinin Bakıdan kənarda sərnişindaşıma xidməti göstərən və 1 yanvar 2025-ci ildən sonra istehsal edilən dizel yanacağı ilə işləyən avtobuslara şamil edilir”, - deyə bildirib.
 

Rauf Kəngərli əlavə edib ki, hazırda Naxçıvan ərazisində gedişhaqları yalnız nağd qaydada həyata keçirildiyindən yeni tariflər Muxtar Respublikanın ərazisində fəaliyyət göstərən avtobus marşrutlarına aid edilmir.


Qurum rəsmisi əlavə edib ki, yaxın vaxtlarda Naxçıvana 60 ədəd yeni elektrikli avtobus gətiriləcək və onlar mərhələli şəkildə sərnişindaşıma xidmətinə cəlb olunacaq. 

Aygün Hüseyn, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO