Xəbər verildiyi kimi ötən gün Şirvan Şəhər Mərkəzi Xəstəxanasının ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Lamiyə Qanbayeva keçmiş həyat yoldaşı, 1986-cı il təvəllüdlü Tural Qanbayev tərəfindən bıçaqlanıb.
Şirvan Rayon Mərkəzi Xəstəxanasına çatdırılan L.Qanbayeva bədənin çoxsaylı kəsilmiş, deşilmiş yarası diaqnozu ilə cərrahi əməliyyat edilib. Lamiyə Qanbayevanı bıçaqlayan Tural Qanbayev isə sirkə turşusu içərək intihara cəhd edib. O, Şirvan şəhər xəstəxanasına yerləşdirilib və polis nəzarətinə götürülüb.
Bizim.Media cinayəti törətməkdə şübhəli bilinən Tural Qanbayevlə bağlı bəzi təfərrüatları öyrənib.
MÖVZU İLƏ BAĞLI:
“Bıçaqlanan TƏBİB əməkdaşının keçmiş əri narkotik istifadəçisi idi” - Şirvanda ŞOK ailə dramının TƏFƏRRÜATI/ÖZƏL
1986-cı il təvəllüdlü Tural Qanbayev məktəb işçisidir. Mənbənin verdiyi məlumata görə, Tural Qanbayev Şirvan şəhər 9 saylı orta məktəbdə texniki işçi olaraq çalışır.
Onun hadisə zamanı içkili olduğu iddia olunur.
Naibə Məmmədova, Bizim.Media