Hansı universitetlərdə tələbələrin üç aylıq təqaüdləri ödənilməyib? – SORĞU

Hansı universitetlərdə tələbələrin üç aylıq təqaüdləri ödənilməyib? – SORĞU

Hazırda oxunan: Hansı universitetlərdə tələbələrin üç aylıq təqaüdləri ödənilməyib? – SORĞU

274269

Bəzi universitetlərin tələbələrinə yay tətili müddətində təqaüdlər ödənmir. Tədris ili başladıqdan sonra  3 ayın təqaüdü birdən verilir. Lakin bəzi universitetlərdə tələbələr hələ də son üç ayın təqaüdünü ala bolməyiblər.

Hansı universitetlər 3 ayın təqaüdünü ödəyib?

Bizim.Media mövzuyla bağlı bir neçə ali təhsil müəssisəsinə sorğu ünvanlayıb:

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) tələbə təqaüdləri artıq ödənilib.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AZMİU) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nicat Abdullayev bildirib ki, universitetin həm yeni tələbələrinin, həm də digər tələbələrinin təqaüdləri artıq ödənilib. Ancaq məbləğ hələ bank hesablarına köçməyib.

“Bank əməliyyatları getdiyinə görə məbləğlər bu gün ərzində tələbələrin hesabında olacaq”.

Azərbaycan Dövlət Pedaqoji Universitetində isə yuxarı kurs tələbələrinin 3 aylıq təqaüdləri artıb ödənilib.

Bəs birinci kursların təqaüdləri nə vaxt köçəcək?

Universitetin İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Taleh Mirzəyev qeyd edib ki,  birinci tədris ilinin tələbələrinin təqaüdləri ayrıca ödəniləcək.

Azərbaycan Texniki Universitetində (AZTU) isə sentyabrın əvvəli tətil təqaüdü, sentyabrın son günü isə sentyabr ayının təqaüdü ödənilib.

Bu barədə AZTU-nun İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Sevinc İsgəndərova açıqlama verib.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İctimaiyyətlə əlaqələr departamentinin əməkdaşı Elnur Hadıyev Bizim.Media-ya açıqlamasında bildirdi ki, həm birinci, həm də yuxarı kursların təqaüdləri artıq ödənib.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO