Tibbdə YENİLİK: Sümük sınıqlarını 3 dəqiqəyə sağaldan gel hazırlandı

Tibbdə YENİLİK: Sümük sınıqlarını 3 dəqiqəyə sağaldan gel hazırlandı

Hazırda oxunan: Tibbdə YENİLİK: Sümük sınıqlarını 3 dəqiqəyə sağaldan gel hazırlandı

273974

Çinli alimlər tibbdə inqilabi yeniliyə imza ataraq, cəmi 3 dəqiqə ərzində sınıqları sağalda bilən xüsusi gel hazırlayıblar.

Bizim.Media xəbər verir ki, gel Çinin Çjeczyan (Zhejiang) vilayətindən olan elmi araşdırma qrupu tərəfindən hazırlanıb.
 

Bu gel, sümük toxumasını möhkəm bir şəkildə birləşdirən və bərpa prosesini sürətləndirən yüksək effektivliyə malik bioloji yapışdırıcıdır. O, yüksək yapışma qabiliyyəti baxımından əvvəlki texnologiyalardan fərqlənir. Belə ki, tətbiq edildikdən cəmi 3 dəqiqə sonra sınıq sümüklər sürətlə birləşir.


Mütəxəssislər iddia edirlər ki, yenilik travmatologiya və ortopediya sahəsində olduqca faydalı olacaq.

Qeyd edək ki, gelin klinik sınaqları davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO