Sumqayıtda avtobus qəzaya düşdü - Xəsarət alanlar var

Sumqayıtda avtobus qəzaya düşdü - Xəsarət alanlar var

Hazırda oxunan: Sumqayıtda avtobus qəzaya düşdü - Xəsarət alanlar var

273503

Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, hadisə şəhərin Sülh prospektində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini, 1965-ci il təvəllüdlü Arzu Şubay oğlu Abışovun idarə etdiyi "Hyundai" markalı avtobusla 1962-ci il təvəllüdlü İradə Əlihüseyn qızı Hüseynovanın idarə etdiyi KIA markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində hər iki sürücü, eləcə də avtobusun sərnişini, Abşeron rayon sakini, 1990-cı il təvəllüdlü Tural Arif oğlu Məmmədov xəsarət alıblar.

Faktla bağlı araşdırma aparılır. (Report.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO