Bu məktəbdə birinci və ikinci siniflər birlikdə dərs keçirlər – VİDEO

Bu məktəbdə birinci və ikinci siniflər birlikdə dərs keçirlər – VİDEO

Hazırda oxunan: Bu məktəbdə birinci və ikinci siniflər birlikdə dərs keçirlər – VİDEO

273501

Qəbələnin Tikanlı kənd orta məktəbində birinci və ikinci siniflər birlikdə dərs keçirlər.

Bizim.Media “Xəzər” TV-yə istinadən xəbər verir ki, müəllim 22 dəqiqə birinci sinif, digər 22 dəqiqədə isə ikinci siniflə məşğul olur.

Bu vəziyyət valideynləri narazı salıb. Onlar bildiriblər ki, sinif otaqları ola-ola iki sinifə bir yerdə dərs keçilməsi yolverilməzdir.

O da qeyd olunub ki, məktəbdə müəllim çatışmazlığı yoxdur. Hazırkı vəziyyətdə şagirdlər dərsləri qavraya bilmirlər.

Məsələ ilə bağlı Şəki-Zaqatala Regional Təhsil İdarəsindən bildirilib ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, ümumi təhsil müəssisələrinin ibtidai siniflərində şagirdlərin sayı 10 nəfərdən az olduqda həmin siniflərin komplekt qaydada təşkili nəzərdə tutulur. Qərara uyğun olaraq, komplekt siniflərdə şagirdlərin ümumi sayı 18 nəfəri keçməməlidir. Hazırda Tikanlı kənd tam orta məktəbinin I sinfində 9, II sinfində isə 9 nəfər şagird təhsil alır. Bu səbəbdən də qeyd olunan normativ tələblərə uyğun olaraq I və II siniflər komplekt qaydada təşkil edilib.

Komplekt siniflərdə tədris prosesi xüsusi metodika əsasında həyata keçirilir.

Daha ətraflı videomaterialda:



Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO