Dəbin QURBANLARI – “5000-lik telefon alanların çoxu psixi xəstədir”

Dəbin QURBANLARI – “5000-lik telefon alanların çoxu psixi xəstədir”

Hazırda oxunan: Dəbin QURBANLARI – “5000-lik telefon alanların çoxu psixi xəstədir”

273436

Markaların ildən-ilə yenisini satışa çıxardığı telefonlar daim insanların marağında olur, hətta bəziləri öncədən, gecədən sıraya dayanırlar ki, yeni məhsulu ilk alanlardan biri olsunlar.

Həmçinin 3000-lik, 4000-lik məhsulu almaq üçün borca girənlər belə olur. Bir çox mütəxəssis isə deyir ki, bu heç də normal hal deyil.

Bizim.Media mövzuyla əlaqədar sosioloq Elçin Bayramlının fikirlərini öyrənib. O, belə halların psixoloji xəstəliyin əlaməti olduğunu deyir.

“Dəblə yaşamaq, bütün trendlərə uyğunlaşmaq əslində psixoloji sindromdur. Qlobal korporasiyalar bundan istifadə edərək məhsulları çox  baha qiymətə satırlar. Onlar dəbi dəyişərək, satışlardan milyardlar əldə edirlər. 

Ölkəmizdə əşyalarla öyünmək, sahib olduğu aparatlarla, maşınlarla göstəriş etmək ciddi psixoloji sindromdur. Bunun müalicəsi var, psixiatra müraciət etmək lazımdır”.

Sosioloq deyir ki, yeni məhsulu həmin an alan insanların çoxunun o məhsula ehitiyacı yoxdur, sadəcə dəb üçün alırlar.

“Yeni çıxan telefon modeli əvvəlki versiyadan demək olar ki, heç nə ilə fərqlənmir.  Bir çox ekspert müqayisəli şəkildə deyir ki, ciddi fərqlər yoxdur, demək olar ki, bütün funksiyalar eynidir. Ya dizayn, ya da funksiyaların bir az dəyişilir, dəfələrlə baha qiymətə satılır. Bunun alınması bir yana, dərhal alınması çox böyük xəstəlikdir, normal hal deyil”.

“Mənəvi boşluğu olan insanlar özlərini əşya almaqla təsdiq edirlər”.
 

“Məhsulun dərhal alınması daha baha qiymətə satılması  bir növ “beyinyuma” kampaniyalarının, zombiləşdirmə sistemlərinin elementləridir. 5000, 6000-lik telefon alanlar heç  onun funksiyalarından tam istifadə etmirlər, sadə əməliyyatlar keçirirlər. Bu əməliyyatları 500 manatlıq telefonda da etmək olar. Ancaq məqsəd başqalarına göstəriş verməkdir.


İnsanın dəyəri əşyalarla, geyimlərlə, avtomobillərlə yox, əxlaqı, intellektual, mədəni səviyyəsi ilə ölçülür. Təəsüf ki, mənəvi boşluğu olan insanlar özlərini əşyalar vasitəsilə təsdiq etməyə çalışırlar. Belə əvvəlcə ciddi bir psixoloji problemləri olduqları izah olunmalı, sonra isə müalicə olunmalıdırlar”,-deyə Elçin Bayramlı qeyd edib.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO