“Bu gün tibb müəssisələrində pasiyentlərə xidmət göstərən həkimlərdən başqa texniki və qeyri-tibb işçiləri də var. Xəstəxanalarda xidmət personalı ilə söhbət edirəm və məlum olur ki, onlar səhərdən-axşama kimi 400-500 manat çalışırlar”.
Bizim.Media xəbər verir ki, bunu deputat Razi Nurullayev parlamentin 2025-ci il payız sessiyasının ilk plenar iclasında çıxış edib.
O, xəstəxanalarda çalışan qeyri-tibb işçilərinin əmək haqlarının artılmasını təklif edib:
“Bu şəxslərin sosial vəziyyətlərini yaxşılaşdırmaq üçün onların əmək haqlarının artırılması yaxşı olardı. Bu barədə həm Tibbi Sığorta Agentliyi, həm də Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ilə söhbətim olub. Bu şəxslərin əmək haqlarını yalnız 50 manat artırmaq üçün xeyli vəsait tələb olunur. Çünki onların sayı həddən artıq çoxdur. Ona görə də dövlət büdcəsinin vəsaitlərinin müzakirəsi zamanı bunu nəzərə almağı təklif edirəm”.
Günay Şahmar, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:35 / 30.09.2025
Razi Nurullayev: “Onlar səhərdən axşama kimi 400-500 manata çalışırlar”
Hazırda oxunan: Razi Nurullayev: “Onlar səhərdən axşama kimi 400-500 manata çalışırlar”
Hazırda oxunan: Razi Nurullayev: “Onlar səhərdən axşama kimi 400-500 manata çalışırlar”
273174
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.