“Yerlərdə nümunəvi qəbiristanlıqlar bələdiyyələrə verilməlidir. Çünki aztəminatlı ailələrin hamısı bələdiyyələrə müraciət edir. Bələdiyyələr də bunu həyata keçirməlidir, kimin imkanı yoxdur, ona köməklik etməlidir”.
Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsi sədri Siyavuş Novruzov parlamentin 2025-ci il payız sessiyasının ilk plenar iclasında çıxışı zamanı deyib.
Deputat bildirib ki, bunu qanun şəklinə salmaq lazımdır:
“Nazirlər Kabinetinin nümunəvi qəbiristanlıqlarla bağlı qərarı var. O vaxt biz bunu qanun şəklində qəbul etmək istəyirdik. Hesab edirəm ki, bunu qanun şəklinə salmaq lazımdır”.
Günay Şahmar, Bizim.Media