Azərbaycanda tələbə bıçaqlanaraq qətlə yetirildi - FOTO - YENİLƏNİB

Azərbaycanda tələbə bıçaqlanaraq qətlə yetirildi - FOTO - YENİLƏNİB

Hazırda oxunan: Azərbaycanda tələbə bıçaqlanaraq qətlə yetirildi - FOTO - YENİLƏNİB

27266

Mingəçevirdə tələbəni qətlə yetirən şəxs saxlanılıb.

Bizim.Media xəbər verir ki, Mingəçevir şəhər Polis Şöbəsi əməkdaşlarının şəhər Prokurorluq əməkdaşları ilə birgə keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində Mingəçevir Dövlət Universitetinin birinci kurs tələbəsi Məhəmməd Alıyevi bıçaqlayaraq öldürməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü şəhər sakini Kənan Osmanov saxlanılaraq istintaqa təhvil verilib.

***

Mingəçevir Dövlət Universitetinin tələbəsi bıçaqlanaraq öldürülüb.

Bizim.Media xəbər verir ki, hadisə “Miraj” restoranının ərazisində baş verib.

Mingəçevir Dövlət Universitetinin tələbəsi 2003-cü il təvəllüdlü Məhəmməd Alıyev bıçaqlanaraq qətlə yetirilib.

İlkin məlumata görə, qətlə yetirilən tələbə “Miraj” restoranında ofsiant kimi çalışırmış. O, sinə və çənə nahiyəsindən aldığı bıçaq zərbələrindən dünyasını dəyişib.

Qeyd edək ki, öldürülən şəxsin anası Əfsanə Alıyeva şəhər Mərkəzi Xəstəxanasının baş tibb bacısı vəzifəsində çalışır.

Faktla bağlı şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır. (apa)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO