Rekord məbləğə satılan qəhvə - FOTO

Rekord məbləğə satılan qəhvə - FOTO

Hazırda oxunan: Rekord məbləğə satılan qəhvə - FOTO

272278

Dubayda yerləşən "Roasters" şəbəkəsi dünyanın ən bahalı qəhvəsinin satışına görə rəsmi olaraq "Ginnesin Rekordlar Kitabı"na düşüb.

Bizim.Media xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Qəhvə "pour-over" (qaynar suyun qəhvə dənələrinin üstünə tökülməsi) üsulu ilə dəmlənib və əllə hazırlanmış, unikal kristal stəkanda təqdim olunub. Bu içkinin dəyəri isə 670 dollar təşkil edib.

İçki üçün Panamada yerləşən "Hacienda La Esmeralda" plantasiyasından əldə olunan, nadir və yüksək keyfiyyətli "Geisha" növü qəhvə dənələri istifadə olunub. Bu dənələr mürəkkəb çiçək, meyvə və sitrus notları ilə tanınır. (axsam.az)



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO