Fuad Abbasova yeni vəkil tutuldu  – Ailəsindən açıqlama

Fuad Abbasova yeni vəkil tutuldu – Ailəsindən açıqlama

Hazırda oxunan: Fuad Abbasova yeni vəkil tutuldu – Ailəsindən açıqlama

272253

Bu ilin mayın 16-da Moskvada yaşadığı evdən çıxarkən həbs olunan tanınmış azərbaycanlı jurnalist Fuad Abbasova yeni vəkil tutulub.

xa0

Moderator.az xəbər verir ki, bu barədəxa0Modern.az-a jurnalistin ailəsindən məlumat verilib.

Vəkilin dövlət qurumu tərəfindən tutulduğunu qeyd edən mənbə bildirib ki, həmçinin müvafiq dövlət qurumunun rəhbərliyi hər gün jurnalistin həyat yoldaşı ilə əlaqə saxlayır, lazımı dəstəyi verir.

Qeyd edək ki, jurnalist Abbasov 2015-ci ildən Rusiya telekanallarında təşkil olunmuş tok-şoularda Qarabağ münaqişəsi, Türkiyə-Rusiya münasibətlərindəki gərginlik və s. barədə çıxışları ilə geniş ictimaiyyət arasında populyarlıq qazanmışdı.

xa0

Abbasovu Türkiyənin “İhlas” agentliyinin müxbiri kimi Türkiyənin mövqeyinixa0Rusiya ictimaiyyətinə çatdırır, eyni zamanda Azərbaycanla bağlı məsələlərə həsr olunmuş tok-şoularda da iştirak edirdi.

Son zamanlar Abbasov azərbaycanlıların bəzi diaspor təşkilatlarını həmvətənlərinin maraqlarını kifayət qədər qorumadıqlarına görə tənqid edirdi, onları ermənilərlə əməkdaşlıqda ittiham edirdi və Rusiya Azərbaycanlıları partiyasının yaradılacağının anonsunu verirdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO