“WhatsApp”da mesajları tərcümə etmək mümkün OLACAQ - FOTO

“WhatsApp”da mesajları tərcümə etmək mümkün OLACAQ - FOTO

Hazırda oxunan: “WhatsApp”da mesajları tərcümə etmək mümkün OLACAQ - FOTO

272219

“WhatsApp” şəxsi çatlarda, qruplarda və kanal yeniləmələrində mətnlərin tərcüməsi funksiyasını tətbiq etməyə başlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə “WhatsApp”ın rəsmi blogunda məlumat verilib.

Bu yeni funksiyadan istifadə etmək üçün mesajın üzərinə basılı saxlamalı və görünən menyudan “Tərcümə et”i seçmək lazımdır. 

Android istifadəçiləri həmçinin bütün daxil olan mesajları seçilmiş dilə tərcümə edəcək bütün söhbətlər üçün avtomatik tərcüməni aktivləşdirə bilərlər.
 

"Mesajı tərcümə etmək istədiyiniz dili seçin və gələcək tərcümələr üçün saxlamaq üçün həmin dili endirin. Siz mesajları tərcümə etdiyiniz zaman söhbətlərinizin məxfiliyi qorunur. Mesajlar yalnız WhatsApp-ın onları görə bilmədiyi cihazınızda tərcümə olunur", - şirkət izah edib.


iPhone istifadəçiləri üçün 19-dan çox dil əlçatan olacaq. Android istifadəçilərinin hazırda yalnız altı dilə çıxışı var: ingilis, ispan, hindi, portuqal, rus və ərəb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO