“Mərkəzi Asiya və Qafqazdan 17 universitet dünyanın aparıcı tədqiqat universitetləri sırasında olacaq” – Fil Beyti

“Mərkəzi Asiya və Qafqazdan 17 universitet dünyanın aparıcı tədqiqat universitetləri sırasında olacaq” – Fil Beyti

Hazırda oxunan: “Mərkəzi Asiya və Qafqazdan 17 universitet dünyanın aparıcı tədqiqat universitetləri sırasında olacaq” – Fil Beyti

272145

“Fəxrlə bildirim ki, 2026-cı ilin Times Higher Education Dünya Universitetləri Reytinqində, 9 oktyabrda dərc olunacaq siyahıda, Mərkəzi Asiya və Qafqazdan azı 17 universitet dünyanın aparıcı tədqiqat yönümlü universitetləri arasında yer alacaq. Beş il əvvəl, bu rəqəm 3 idi. Bu, həqiqətən də möhtəşəm bir dəyişiklikdir. Qazaxıstan təmsilçiliyini iki universitetdən beş universitetə qədər artırıb. Özbəkistan isə cəmi bir neçə il əvvəl sıfırdan başlayaraq, indi dörd universitetlə reytinqə daxil olub”.

Bizim.Media xəbər verir ki, bunu “Times Higher Education" beynəlxalq reytinq agentliyinin direktoru Fil Beyti “Transmilli tədqiqat: bilikdən qlobal təsirə doğru” mövzusuna həsr olunmuş Avrasiya Universitetləri Sammitindəki çıxışımda qeyd edib.
 

O, deyib ki, burada hamı bir qrup halında tərəfdaşlıqlar qurur, ən yaxşı təcrübələri bölüşür, kollektiv enerjinizi cəmiyyətin transformasiyasına çevriləcək tədqiqatlara yönəldir:


“Bu tədbir regionda ali təhsilin intibahını qeyd edir”, - deyə Fil Beyti bildirib.  

Qeyd edək ki, Sammitdə 300-dən çox iştirakçı, 150-dən artıq müəssisə və 20-dən artıq ölkə üzrə 50-dən çox beynəlxalq və yerli spiker istirak edir.

Şəfiqə Şəfa, Elcan Bəşirli, Sadiq Məmmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO