Gədəbəydə çoxsaylı xəsarətlərlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Gədəbəy-Şəmkir yolunun rayon ərazisindən keçən hissəsində hərəkətdə olan "Mercedes "markalı mikroavtobusla "VAZ" markalı minik avtomobillə toqquşub.
Qəza nəticəsində mikroavtobus yolun kənarına aşıb. Hadisə zamanı 8 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirildiyi bildirilir. Onların Gəncədən Gədəbəyə gedən müəllimlər olduğu bildirilir.
Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu