“İndiki halda “Cavanşir” körpüsünün orda olmasının heç bir əhəmiyyəti yoxdur...”

“İndiki halda “Cavanşir” körpüsünün orda olmasının heç bir əhəmiyyəti yoxdur...”

Hazırda oxunan: “İndiki halda “Cavanşir” körpüsünün orda olmasının heç bir əhəmiyyəti yoxdur...”

272104
Bakının köhnə yol ötürücülərindən olan “Qaqarin” kimi tanınan “Cavanşir” körpüsünün sökülməsi təklif edilir. Afiyyədin Cəlilov və Üzeyir Hacıbəyov küçələrini birləşdirən körpünün artıq istismar müddətini başa vurduğu deyilir. Hökumətin qərarına əsasən “Cavanşir” körpüsünün sökülərək, əvəzində bir neçə istiqamətli yolun çəkilməsi gözlənilir.xa0


Hüquqşunas, nəqliyyat üzrə ekspert Ərşad Hüseynov Moderator.az-a açıqlamasında bildirdi ki, indiki halda körpünün sökülərək bir neçə istiqamətli yolla əvəz edilməsi daha məqsədəuyğundur:

“Bildiyiniz kimi körpü sövet dövründə tikilib. Körpünün tikilməsində də məqsəd avtomobil və dəmiryolu xətlərini ayırmaq idi, çünki həmin vaxt ticarət limanı körpünün yaxınlığında idi. Artıq ticarət limanı Ələt qəsəbəsinə köçürülüb və orda qatarların hərəkəti yoxdur. İndi buna görə də ərazidə dəmiryolu ilə avtomobil yolu kəsişmir. Digər tərəfdən də aldığım məlumata görə Fövqəladə Hallar Nazirliyi tərəfindən körpünün istismar müddətini başa vurduğu bildirilib. Ona görə də əgər doğrudan da bu varsa, körpünü ordan götürmək lazımdır. Çünki indiki halda orda körpünün olmasının heç bir əhəmiyyəti yoxdur. Sadəcə olaraq körpünün ətrafında maraqlı infrastruktur var və yol mühəndisləri bunu da həll etməlidirlər. Körpünün Afiyyədin Cəlilov küçəsi tərəfindən girişi Bakının ən gərgin nəqliyyat nöqtələrindən biridir. Eyni zamanda bunu da həll etmək lazımdır”.xa0

Vasif Əlihüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO