Hansı kəndlərimiz dünyanın ən gözəl kəndləri siyahısına düşə bilər? – SİYAHI

Hansı kəndlərimiz dünyanın ən gözəl kəndləri siyahısına düşə bilər? – SİYAHI

Hazırda oxunan: Hansı kəndlərimiz dünyanın ən gözəl kəndləri siyahısına düşə bilər? – SİYAHI

271935

Azərbaycanda möhtəşəm mənzərələri, qədim tarixi abidələri və zəngin mətbəxi ilə diqqət çəkən kəndlər çoxdur. Yerli və xarici turistlərin tez-tez baş çəkdiyi bu kəndlər daha geniş miqyasda tanıdıla bilər. Məsələn dünya şöhrətli Forbes jurnalının unikal xüsusiyyətləri ilə seçilən 50 ən gözəl kənd siyahısında  Türkiyənin Ürgüp rayonunun Ortahisar kəndi də var. Amma Azərbaycan kəndləri belə nüfuzlu siyahıya düşmür. Hər halda Forbes kimi beynəlxalq media orqanı yerli təşəbbüs olmadan özləri gəlib kəndlərimizi kəşf etməyəcək. Bunun üçün kəndlərə yönəlik fərdi  kampaniyalar hazırlanmalıdır.

Turizm üzrə ekspert Ceyhun Aşurov mövzuyla əlaqədar Bizim.Media-ya bildirdi ki, Forbes jurnalı ənənəvi olaraq ən gözəl kəndlər, şəhərlər və s. siyahısını dərc edir ki, bu da böyük marağa səbəb olur:

“Öncə araşdırıb öyrənmək lazımdır ki, bu cür siyahılara düşmək üçün nələr tələb olunur. Adətən bu kriteriyalar öncədən seçimdə müəyyən olunur. Turistlərin rəyləri, mənuniyyəti, online rəylər, özəl xüsusiyyətlər, tarixi abidələr və s. kimi müxtəlif amillər əsas tutulur”.

Ekspert vurğuladı ki, Azərbaycanın gözəl kənd və şəhərləri haqqında təbliğat aparılır, sərgilərdə, digər bölgəsəl jurnal və səhifələrdə məlumat verilir, sadəcə bunu daha geniş şəkildə etmək lazımdır ki, nüfuzli nəşlərə düşsünlər.

Bəs Azərbaycanın hansı kəndləri bu siyahıya düşə bilər?

Bizim.Media Azərbaycanın ən gözəl kəndlərindən bəzilərinin fotolarını təqdim edir:

Qax, İlisu:


İsmayıllı, Lahıc:

Quba, Xınalıq:


Lənkəran, Xanbulan:


Masallı, İstisu:


Şamaxı, Məlhəm:


Astara, Sim kəndi:


Gəncə, Hacıkənd:
 


Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO