Yeni doğulmuş, körpəsi olan analara məzuniyyət hüququnun verilməsi məlumdur. Budəfəki qərara görə isə 14 yaşına qədər uşağı olan valideynlərə əlavə məzuniyyət hüququ da veriləcək.
Bizim.Media xəbər verir ki, Əmək Məcəlləsinin 117-ci maddəsi uşaqlı qadınlara əlavə məzuniyyətin verilməsini təmin edirdi.
İndi isə əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq 14 yaşınadək iki uşağı olan qadınlara əlavə iki təqvim günü məzuniyyət verilir.
Məcəllədə uşaqlarını təkbaşına böyüdən ataların, övladlığa uşaq götürən şəxslərin də əlavə məzuniyyət hüququ nəzərdə tutulub. Əmək Məcəlləsinə uyğun olaraq zərərli iş sahəsində çalışan işçilərə də əlavə məzuniyyət hüququ müəyyən edilib. Həmin işçilərə 6 təqvim günündən az olmayaraq məzuniyyət verilməlidir.
Ətraflı Baku TV-nin süjetini təqdim edirik:
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:46 / 03.07.2021
Azərbaycanda ata və analara əlavə məzuniyyət veriləcək - VİDEO
Hazırda oxunan: Azərbaycanda ata və analara əlavə məzuniyyət veriləcək - VİDEO
Hazırda oxunan: Azərbaycanda ata və analara əlavə məzuniyyət veriləcək - VİDEO
27190
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.