Xəbər verdiyimiz kimi bu gün xalq şairi Sabir Rüstəmxanlının doğum günüdür.xa0
Tanınmış naşir, “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu böyük qardaşı haqda Moderator.az-a açıqlamasında bildirib ki, Sabir Rüstəmxanlı öz uğurlarıyla həmişə onlara örnək olub:
“Sabir bizim ən böyük qadaşımızdır. Ən yaxşı şeylər onunla bağlı olub. Yanında olan tanınmış adamlar həmişə kəndimizə qonaq gəliblər. Professor Xudu Məmmədov, şairlərdən Nüsrət Kəsəmənli, Çingiz Əlioğlu, Məmməd İsmayıl kimi şairlər vaxtilə bizim ata evində qonaq olublar. Hamı Sabir bəyin yolunuz gözləyir, hörmətlə yanaşır, həmçinin biz hamımız. Sabir Rüstəmxanlı özünün uğurları və naliyyətləri ilə bizə həmişə örnək olub. Biz də həmişə çalışmışıq ki, ona bənzəyək və adını uca tutaq”.
Vasif Əlihüseyn




































































































