Xaçmazdakı qətlin bəzi təfərrüatları məlum olub.
MÖVZU İLƏ BAĞLI:
Xaçmazda DƏHŞƏT – 37 yaşlı həmkəndlisini qətlə yetirdi – ÖZƏL
Bizim.Media-nın əldə etdiyi məlumata görə, qətl söyüş və borc üstündə olub. Belə ki, hadisəni törətməkdə şübhəli bilinən Emin Baxışov öldürdüyü Kənan Cəbiyevə pul borclu imiş.
Kənan Cəbiyev borcu geri istəyən zaman Emin Baxışovun ünvanına təhqiramiz ifadələr səsləndirib. Bu isə Emini özündən çıxarıb və o, Kənan Cəbiyevin ürəyinə bıçaq zərbəsi endirib. Nəticədə Cəbiyev həyatını itirib.
Xaçmaz polisi hadisəni törətməkdə şübhəli bilinən Emin Baxışovu saxlayıb.
Hadisənin tam baş vermə səbəbi Xaçmaz rayon prokurorluğunda başlanan istintaq araşdırması nəticəsində müəyyən ediləcək.
Qeyd edək ki, Xaçmaz rayonunun Ağtala kəndində 32 yaşlı kənd sakini Emin Zakir oğlu Baxışov 37 yaşlı həmkəndlisi Kənan Əlövsət oğlu Cəbiyevi bıçaqlayıb. Ağır xəsarət alan Kənan Cəbiyev hadisə yerində ölüb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu