“Kolda-kosda tələf olan qurd quşu gül qoxuyurdu...”

“Kolda-kosda tələf olan qurd quşu gül qoxuyurdu...”

Hazırda oxunan: “Kolda-kosda tələf olan qurd quşu gül qoxuyurdu...”

271105
Moderator.az “Ulduz” jurnalının baş redaktoru, şair Qulu Ağsəsin “Şuşa” şeirini gənc şair Anar Adilin ifasında təqdim edir.xa0

“Özün dağ başına qoyan şəhərin
ayağın xan kəndi yuyurdu
kürəyinin təri
cıdırda soyuyurdu.

Girməzdi
dumanına gün işığı,
havasına çay qaşığı.
Qayaları sərxoş idi,
adamları tay-tuş idi,
küçələri tay-keş idi.

Qəbirüstü yazıları
nəğmə kimi oxunurdu,
kolda-kosda tələf olan
qurd-quşu gül qoxuyurdu.
Kim idi qalxan o boyda dağı? -
yağışdan sallanıb enirdi qonağı.

... Dağın dizləri əsdi bir may səhəri
gözünün yaşı
ayağının suyuna qarışdı şəhərin...”xa0


Hazırladı: Vasif Əlihüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO