Ağcabədidə Milli Musiqi Gününə həsr olunmuş təntənəli tədbir – FOTO

Ağcabədidə Milli Musiqi Gününə həsr olunmuş təntənəli tədbir – FOTO

Hazırda oxunan: Ağcabədidə Milli Musiqi Gününə həsr olunmuş təntənəli tədbir – FOTO

271093

Qarabağ Regional Mədəniyyət İdarəsi və Ağcabədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 17 sentyabr 2025-ci il tarixində Yaqub Məmmədov adına Ağcabədi rayon Mədəniyyət Mərkəzində Azərbaycan bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəylinin doğum gününə və Milli Musiqi Gününə həsr olunmuş təntənəli tədbir keçirilib.

Bizim.Media xəbər verir ki, Tədbirdə dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələri, ictimaiyyət nümayəndələri, musiqisevərlər iştirak ediblər.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Milli Musiqimizin tarixindən, görkəmli bəstəkar Üzeyir Hacıbəylinin həyatından, onun Azərbaycan musiqisinin inkişafı və dünyaya tanıdılması istiqamətindəki əvəzsiz rolundan, ölkədə Milli musiqi günü keçirilməsi ənənələrindən, mədəniyyətimizin dünyada tanınması, həmçinin təbliği istiqamətində ölkə başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyətindən danışılıb.

Tədbirin bədii hissəsində yerli incəsənət ustalarının ifasında xalq və bəstəkar mahnılarından ibarət rəngarəng konsert proqramı təqdim edilib.

Sonda Milli Musiqi Günü münasibətilə fərqlənən bir qrup müəllim və şagirdlər, o cümlədən mədəniyyət işçiləri Qarabağ Regional Mədəniyyət İdarəsi tərəfindən Fəxri Fərmanla təltif olunublar.















Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO