Küçələrə adların verilməsində YENİLİK – Bu normalar nəzərə alınacaq

Küçələrə adların verilməsində YENİLİK – Bu normalar nəzərə alınacaq

Hazırda oxunan: Küçələrə adların verilməsində YENİLİK – Bu normalar nəzərə alınacaq

270679

Prospekt, küçə, meydanlara ad verilməsi və adlarının dəyişdirilməsi zamanı dövlət dilinin normaları nəzərə alınacaq.

Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında müzakirə olunan “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində əks olunub.

Layihəyə əsasən, prospekt, küçə, meydan və müvafiq ərazi vahidinin digər tərkib hissələrinə ad verilməsi və onların adlarının dəyişdirilməsi həmin ərazinin əhalisinin rəyi  və dövlət dilinin normaları nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçiriləcək.

Müvafiq icra hakimiyyəti orqanları prospekt, küçə, meydan və müvafiq ərazi vahidinin digər tərkib hissələrinə ad verilməsi və ya dəyişdirilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanını üç gün müddətində məlumatlandırırlar.

Qeyd edilib ki, müvafiq dəyişiklik həmin Qanunun təkmilləşdirilməsi və normanın daha aydın və dəqiq ifadə edilməsi məqsədilə təklif edilir.

Günay Şahmar, Bizim.Media

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO