Bu yay neçə nəfər suda boğularaq dünyasını dəyişib? – RƏSMİ AÇIQLAMA

Bu yay neçə nəfər suda boğularaq dünyasını dəyişib? – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Bu yay neçə nəfər suda boğularaq dünyasını dəyişib? – RƏSMİ AÇIQLAMA

270540

2025-ci ilin 3 ayı (iyun, iyul və avqust ayları) ərzində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə sudaboğulma hadisələri ilə bağlı ümumilikdə 79 müraciət (11-i qadın, 68-i kişi cinsli olmaqla) daxil olub.

Bu barədə Bizim.Media-nın sorğusuna cavan olaraq TƏBİB-dən məlumat verilib. Məlumatda bildirilir ki, daxil olan çağırışlar əsasında təcili tibbi yardım briqadaları dərhal hadisə yerlərinə cəlb olunub.
 

Belə ki, 23 nəfər suda boğulma diaqnozu ilə ilkin tibbi yardım göstərildikdən sonra ixtisaslı tibbi xidmət üçün tibb müəssisələrinə təxliyə olunub. Təcili tibbi yardım briqadaları tərəfindən 30 nəfərə isə yerində tibbi yardım göstərildikdən sonra vəziyyətləri qənaətbəxş qiymətləndirildiyi üçün tibb müəssisəsinə hospitalizasiyaya ehtiyac yaranmayıb. 


Ümumilikdə, 26 nəfərin isə həkiməqədər ölüm faktı qeydə alınıb. 

Qeyd edək ki, sudaboğulma hadisəsi ilə əlaqədar Bakı şəhəri ilə yanaşı, Sumqayıt, Şirvan, Astara, Tovuz, Saatlı, Lənkəran, Qəbələ, Zaqatala, İmişli və Ağdaş rayonlarından da müraciətlər daxil olub.

Naibə Məmmədova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO