“Naxtel” abunəçilərinin NƏZƏRİNƏ – Müddət uzadıldı

“Naxtel” abunəçilərinin NƏZƏRİNƏ – Müddət uzadıldı

Hazırda oxunan: “Naxtel” abunəçilərinin NƏZƏRİNƏ – Müddət uzadıldı

270514

Nömrələrin Azercell, Bakcell və ya Nar şəbəkəsinə daşınması üçün müraciət müddəti uzadılıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Naxtel” MMC-dən bildirilib.
 

MÖVZU İLƏ BAĞLI:

"Naxtel" mobil operatoru fəaliyyətini dayandırır - FOTO


Qeyd olunub ki, abunəçilərin çoxsaylı müraciətləri nəzərə alınaraq, həmçinin balansdakı vəsaitlərdən tam istifadə edilmədiyi və mobil operator seçiminin daha rahat həyata keçirməyi üçün xidmətlərin dayandırılması və nömrə daşınması tarixlərində dəyişiklik edilib.

Belə ki, qurumdan verilən məlumata görə, son müraciət tarixi 15 gün uzadılaraq 15.12.2025-ci il olaraq müəyyən olunub.
 

15.10.2025-ci il tarixindən 15.12.2025-ci il tarixinədək Azercell, Bakcell və Nar operatorlarının xüsusi təyin edilmiş mərkəzlərində nömrələri istənilən şəbəkəyə daşımaq mümkün olacaq.


Qeyd edək ki, “Naxtel” MMC tərəfindən telekommunikasiya xidmətlərinin göstərilməsi 15.12.2025-ci il tarixindən etibarən dayandırılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO