Sabirabadda tükürpədən qətl: Söyüşə görə başını kəsib bədənindən ayırdı

Sabirabadda tükürpədən qətl: Söyüşə görə başını kəsib bədənindən ayırdı

Hazırda oxunan: Sabirabadda tükürpədən qətl: Söyüşə görə başını kəsib bədənindən ayırdı

270489

Sabirabad rayonunda baş verən dəhşətli qətl hadisəsinin təfərrüatı məlum olub.

Bizim.Media “oxu.az”a istinadla xəbər verir ki, hadisə sentyabrın 14-də saat 23 radələrində Sabirabad rayonunun Moranlı kəndində baş verib. 

Tərəflər arasında mübahisə toy məclisində yaranıb.

Belə ki, kənd sakinləri, 1983-cü il təvəllüdlü Rüstəm Əliyev və 1992-ci il təvəllüdlü Əli Əliyev Şirvan şəhərində keçirilən toy mərasimində iştirak ediblər.

Onlar toyda spirtli içki qəbul edəndən sonra axşam saatlarında evlərinə - Moranlı kəndinə gəliblər. R.Əliyev evlərinə çatıb, çay içəndə Ə.Əliyev zəng vurub onu küçəyə çağırıb. R.Əliyev çayını içib küçəyə çıxıb. Ə.Əliyev küçədə qəfildən arxadan R.Əliyevi tutaraq əlindəki bıçaqla onun başını kəsib bədənindən ayırıb.

Kənd sakinləri küçədə başı kəsilmiş meyiti görüb R.Əliyevin ailə üzvlərinə məlumat veriblər.
 

Məlumata görə, qətli törətməkdə şübhəli bilinən Ə.Əliyev əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilərək azadlıqdan məhrum edilib. O, iki il əvvəl cəzaçəkmə məntəqəsindən azadlığa buraxılıb.


Hadisənin toyda söyüş üstündə baş verdiyi bildirilir.

Məlumata görə, qətlə yetirilən Rüstəm Əliyevin iki övladı var. Böyük oğlu hərbi xidmətdə, kiçik oğlu isə məktəblidir. Qətli törətməkdə şübhəli bilinən Ə.Əliyev isə subaydır.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO