Bakıda bank kartlarından oğurluq edənlər SAXLANILDI

Bakıda bank kartlarından oğurluq edənlər SAXLANILDI

Hazırda oxunan: Bakıda bank kartlarından oğurluq edənlər SAXLANILDI

270071

Paytaxtın Nəsimi və Yasamal rayonlarında vətəndaşların birinin avtomobilindən, digərinin isə evindən bank kartları oğurlanaraq hesablarındakı 2355 manat talanıb.

Bizim.Media DİN-ə istinadən xəbər verir ki, bu barədə zərərçəkən şəxslər polis orqanlarına məlumat veriblər.
 

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-texniki tədbirlərlə cinayət əməllərini törətməkdə şübhəli bilinən 42 yaşlı E.Həsənova və əvvəllər məhkum olunmuş 37 yaşlı H.Süleymanov saxlanılıblar.


Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO